CƏMİYYƏT


Respublika Müalicəvi Diaqnostika Mərkəzində yeni şöbə yaradılıb

Bakı, 1 avqust, AZƏRTAC 

Respublika Müalicəvi Diaqnostika Mərkəzində (RMDM) Avropa standartlarına cavab verən Audiologiya şöbəsi təchiz olunaraq istifadəyə verilib.

RMDM-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, şöbə alman mütəxəssislərin iştirakı ilə fəaliyyətə başlayıb. Şöbədə hər yaş qrupundan olan şəxslərin eşitmə dəyərləndirilməsinə imkan verən obyektiv və subyektiv müayinə üsulları peşəkar mütəxəssis, həkim-audioloq İlahə Aslanova tərəfindən həyata keçirilir. Eşitmə skrininqinin müayinələri TEOAE, DPOAE, saf səs audiometriyası (5 yaşdan yuxarı), oyun audiometriyası (2,5 - 5 yaş), timpanometriya, akustik reflekslərin təyini, toynbee və valsalva testi, BERA (ABR), koxlear implant və eşitmə cihazı istifadəçilərinin sərbəst sahədə eşitmə dəyərləndirməsidir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.