CƏMİYYƏT


Respublika Perinatal Mərkəzində irsi qan xəstəliklərinə dair konfrans keçirilib

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

Oktyabrın 5-də Respublika Perinatal Mərkəzində (RPM) “Azərbaycan Respublikasında irsi qan xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası” mövzusunda konfrans keçirilib.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, respublikanın baş hematoloqu, baş neonatoloqunun və Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) mütəxəssislərinin iştirak etdiyi konfransda bir sıra maraqlı mövzularda təqdimatlar keçirilib. Təqdimatlar “RPM-də aşkarlanan genetik xəstəliklər”, “Amniosentez və CVC-nin perinatal diaqnostikada rolu”, “Talassemiya daşıyan hamilələr və doğuşun gedişatı”, “Talassemiyalı uşaqların erkən neonatal dövrdə qiymətləndirilməsi”, “Mama-ginekologiya və neonatologiyada müasir laborator metodlar” barədə olub.

Konfransda çıxış edən RMDM-in İSO15189: 2007 sertifikatını almış laboratoriya şöbəsinin müdiri A. Yusifov mama-ginekologiya və neonatologiyada müasir laborator metodlara nəzər salaraq ana və uşaq sağlamlığının qorunmasında vacib məqamlara toxunub, qadınların vaxtında müayinələrdən keçməsinin zəruriliyini vurğulayıb. Bildirilib ki, bəzi analiz nəticələrinin təcili – bir neçə saat, bəzən isə dəqiqələr ərzində alınması vacibdir. Bəzən isə xəstələr ev şəraitində laborator analiz verməyə məcbur olurlar. RMDM-də məhz belə müasir standartlara cavab verən avtomatik analizatorlarla təchiz olunmuş laboratoriya fəaliyyət göstərir. Laboratoriyada iş beynəlxalq standartlara uyğun şəkildə həyata keçirilir. Laboratoriyanın personalı müasir avadanlıqlarla iş üzrə təlim və attestasiyadan keçib. Burada müalicə həkiminin təyin edə biləcəyi bütün laborator analizlər aparılır. Ənənəvi laborator üsullardan fərqli olaraq, “Femoflor” test müayinə üsulu ilə qadınlar həkimə bir dəfə müraciət etməklə, 22 qrupdan artıq mikroorqanizm barədə daha dolğun məlumat əldə edə bilərlər. Analizin nəticələrini elektron ünvan vasitəsilə, yaxud da rəsmi internet saytına daxil olmaqla əldə etmək mümkündür.

Sonra təqdimatlar ətrafında fikir mübadiləsi aparılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.