ELM VƏ TƏHSİL


Respublika Seysmoloji Xidmət Mərkəzi beynəlxalq seysmoloji təşkilatlarla əməkdaşlıq edir

A+ A

Bakı, 10 dekabr, AZƏRTAC

Çexiyanın Eksperimental Tətbiqi Fizika İnstitutunun tədqiqatçı alimi Fərdaqət Məmmədov Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) Monitorinq Mərkəzində olub.

RSXM-dən AZƏRTAC –a bildiriblər ki, bu qurumun baş direktoru, AMEA-nın müxbir üzvü Qurban Yetirmişli qonağa mərkəzdə aparılan kompleks seysmoloji tədqiqatlar, görülən işlər, layihələr barədə ətraflı məlumat verib.

RSXM-in Monitorinq Mərkəzinin işi barədə qonağı məlumatlandıran Q.Yetirmişli hazırda mərkəzin aparıcı ölkələrin Yer elmləri ilə məşğul olan qurumları və beynəlxalq seysmoloji təşkilatlarla sıx əməkdaşlıq etdiyini bildirib. Bununla yanaşı, təcrübə mübadiləsinə də xüsusi diqqət yetirildiyini vurğulayan baş direktor mərkəzdə çalışan gənc mütəxəssislərin xarici ölkələrə təcrübəyə göndərildiklərini deyib.

F.Məmmədov RSXM-də görülən işləri, Azərbaycan seysmoloqlarının beynəlxalq təşkilatlarda əldə etdikləri uğurları yüksək dəyərləndirib.

Görüşdə birgə layihələrin və elmi tədqiqatların aparılmasına dair məsələlərə də toxunulub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.