MƏDƏNİYYƏT


Respublika Uşaq Kitabxanası “Cırtdana məktub” mövzusunda yazı müsabiqəsi keçirir

Bakı, 12 yanvar, AZƏRTAC

F.Köçərli adına Respublika Uşaq Kitabxanası 23 yanvar – Əl yazısı (hüsnxət) günü ilə bağlı azyaşlı oxucular arasında “Cırtdana məktub” mövzusunda yazı müsabiqəsi keçirir.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, uşaqlar öz xətti ilə yazdıqları məktubu kitabxananın daimi sakini “Cırtdanın poçt qutusu”na atmaqla müsabiqənin iştirakçısı ola bilər. Hər iştirakçı müsabiqəyə bir məktub təqdim edə bilər. Məktubun həcmi bir səhifədən çox olmamalıdır. Bütün məktublar iştirakçının çox sevdiyi nağıl qəhrəmanına ünvanlanmalıdır.

Müsabiqəyə yazılar yanvarın 22-dək göndərilə bilər.

“Ən gözəl xətt sahibi” adını qazanan oxucuya kitabxananın nəşr etdirdiyi “Göy qurşağı” hədiyyə olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.