Azərbaycan Dövlət İnformasiya Agentliyi

CƏMİYYƏT

Respublika Veteranlar Təşkilatının nümayəndələri Qələbənin ildönümü münasibətilə Ukraynada görüşlərdə iştirak ediblər

Bakı, 24 aprel, AZƏRTAC 

Artıq bir neçə ildir Ukraynanın “İnter” telekanalı İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin ildönümü münasibətilə silsilə tədbirlər keçirir. Bir qayda olaraq bu tədbirlərdə MDB ölkələrinin İkinci Dünya müharibəsi veteranları, veteran təşkilatlarının nümayəndələri iştirak edirlər. Həmin tədbirlər zamanı “İnter” telekanalının 9 May günü, xüsusi bayram verilişlərinin hazırlanması məqsədilə veteranlarla müxtəlif görüşlər təşkil olunur. Onlardan keçdikləri döyüş yollarını, yaşadıqları ölkənin hakimiyyət orqanlarının və veteran təşkilatlarının münasibətini əks etdirən müsahibələr götürülür.

Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 72-ci ildönümü ilə bağlı Kiyevdə keçirilən tədbirlərdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının nümayəndələri də iştirak ediblər.

Tədbirdə Respublika Veteranlar Təşkilatını İkinci Dünya müharibəsi veteranı Bəkir Məmmədov və təşkilatın şöbə müdiri, ehtiyatda olan polkovnik Lətif Babayev təmsil ediblər.

İlk tədbirdə “İnter” telekanalının 2015-ci ildə Ukraynanın alman faşizmindən azad olunmasının 70 illiyi münasibətilə başlatdığı layihə çərçivəsində nəşr edilmiş “Qələbənin insanları. Yaşayacağıq” fotoalbomunun ikinci cildinin təqdimatı keçirilib. Layihə rəhbəri Anna Bezlyudnaya, baş redaktoru Anton Nikitin olan nəşrə İkinci Dünya müharibəsini yaşayan 100 iştirakçısı barədə geniş materiallar və fotoşəkillər daxil edilib. Fotoalbom həmin döyüşçülərin döyüş yolunun və müharibədən sonrakı həyatının ən maraqlı məqamlarını əks etdirir.

L.Babayev tədbirə qatılan Ukrayna, Gürcüstan, Moldova, Belarus veteran təşkilatlarının nümayəndələri ilə əməkdaşlıq əlaqələrinin hazırkı vəziyyəti və inkişafı perspektivlərini müzakirə edib. O, Azərbaycanın İkinci Dünya müharibəsində iştirakı ilə əlaqədar ucaldılmış abidələrin, komplekslərin, muzeylərin və ayrı-ayrı döyüşçülərlə bağlı xatirə yerlərinin qorunmasından, daim qayğı ilə əhatə olunmasından danışıb. L.Babayev Respublika Veteranlar Təşkilatının xüsusilə MDB ölkələrinin müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələrinə mühüm əhəmiyyət verdiyini, ötən illərdə qurumun bu istiqamətdə fəaliyyətinin daha səmərəli qurulduğunu vurğulayıb.

Tədbirlərin üçüncü günündə “İnter” telekanalının 9 May verilişlərində göstəriləcək dörd saatlıq xüsusi konsert proqramı nümayiş etdirilib. Ukraynanın tanınmış musiqiçilərinin ifasında səslənən Vətən, torpaq, müharibə, qələbə, gənclik, sevgi və sair mövzuları əhatə edən bu mahnılar veteranlarda xoş ovqat yaradıb. Müharibəyə aid təsirli səhnələrdən ibarət süjetlər, dekorativ səhnələr həmin günlərin canlı şahidlərini təsirləndirib.

Azərbaycan nümayəndələri müsahibələr və söhbətlər zamanı telekanalın əməkdaşlarına İkinci Dünya müharibəsində faşizm üzərində Qələbəyə ölkəmizin verdiyi töhfələrdən, azərbaycanlıların qəhrəmancasına vuruşmasından, qanlı döyüşlərdə 320 minə yaxın soydaşımızın həyatlarını itirməsindən danışıb, bəşəriyyətin dəhşətli bəladan xilasında xalqların birgə nailiyyətinə verilən digər töhfələrdən bəhs ediblər. Həmçinin Azərbaycanda 9 May - Qələbə gününün hər il böyük təntənə ilə qeyd edildiyi, veteranlara dövlət tərəfindən xüsusi qayğı göstərildiyi vurğulanıb.

Azərbaycan nümayəndələri, həmçinin ölkəmizin 20 faizdən çox ərazisini işğal altında saxlayan Ermənistanın təcavüzkarlıq siyasətini bu gün də davam etdirdiyini diqqətə çatdırıb, bu məsələyə bütün veteran təşkilatlarının münasibət bildirməsinin vacibliyini vurğulayıblar.

Respublika Veteranlar Təşkilatının nümayəndələri ukraynalı həmkarları ilə görüşdə veteran təşkilatları arasındakı qarşılıqlı əlaqələrdən, bu əməkdaşlığın gələcəkdə daha da möhkəmləndirilməsi zərurətindən danışılıb.

Həmçinin Respublika Veteranlar Təşkilatının adından Ukrayna Veteranlar Təşkilatının sədri Viktor Şmakova, “İnter” telekanalının multimedia qrupunun rəhbəri Anna Bezlyudnayaya, baş redaktoru Anton Nikitinə medallar təqdim edilib.

Tədbir iştirakçıları “Naməlum əsgər” və “Ana vətən” abidələrini ziyarət edib, önünə gül dəstələri qoyublar.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Keniyada yol qəzası nəticəsində azı 11 tələbə həlak olub

Türkiyənin zəlzələ bölgəsində inşası tamamlanan mənzillər sahiblərinə təqdim ediləcək

Pedaqoji Universitetdə Çanaqqala zəfərinin ildönümü qeyd olunub

Bakı Mühəndislik Universitetində Təhsilin İnkişafı Fondu ilə əməkdaşlıq imkanları müzakirə edilib

Yaponiya Mərkəzi Bankı 17 ildən sonra mənfi faiz siyasətini dayandırır

"Qədim Şabran" abidəsində Novruz şənliyi

“Qəbələ” İdman Klubu MMA döyüşçüsü ilə müqavilə imzalayıb

Ermənistan “Mir” ödəniş kartına xidməti dayandıracaq

Mingəçevir Dövlət Universitetində Novruz şənliyi keçirilib

NATO-nun Baş katibinin regiona səfərinin Azərbaycandan başlaması ölkəmizin Alyans üçün önəmini nümayiş etdirir - ŞƏRH

“Azərişıq” gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

Yüksək Texnologiyalar Parkının istismar proqramı - seminar

Taksi sürücülərinə ödəniş müqabilində şəhadətnamələrin verilməsinə aydınlıq gətirilib

UNEC-də Nobel Sülh mükafatçısı Məhəmməd Yunus adına mərkəzin açılışı olub

İki audiovizual media subyektinə müvafiq lisenziyalar verilib

Nəsimi rayonunda yerləşən banklardan birindən oğurluq edilməsinin qarşısı mühafizə polisi tərəfindən alınıb VİDEO

Malmödə ABBA-nın “Eurovision”da qələbəsinin 50 illiyinə həsr olunmuş sərgi açılacaq

Qızılağac Dövlət Təbiət Qoruğu ərazisində qaçaqmalçılıqla məşğul olan Lənkəran sakini saxlanılıb

Naxçıvanda ağır yol qəzasında 3 nəfər ölüb

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi NATO-nun ölkəmizə diqqətini artırır - RƏY

Londonda Benksinin növbəti monumental boyakarlıq nümunəsi meydana çıxıb

Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda uşaqlar üçün Novruz şənliyi təşkil edilib

Məktəblilər Gənclər Kitabxanasının qonağı olublar

® “PAŞA Holding”in “Vətən əmanətlərin keşiyindədir” layihəsi çərçivəsində şəhid ailələrinə bayram sovqatları çatdırılır

“İçərişəhər” Qoruq İdarəsində Novruz bayramı münasibətilə tədbir keçirilib

Dünyada təhlükəsiziyin təmin edilməsində Azərbaycan-NATO əməkdaşlığının rolu ŞƏRH

“Atatürk dövründə İran-Türkiyə münasibətləri” – seminar

Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına başlanılır

“Zirə”nin iki futbolçusu yığma komandalara dəvət alıb

AİBNDX: Malların mənşə ölkəsini təsdiq edən sertifikatların verilməsinin fasiləsizliyi bayram günlərində təmin ediləcək

FHN Novruz bayramı ilə əlaqədar gücləndirilmiş iş rejimində çalışacaq

Bu il Şri-Lankaya 500 mindən çox turist gəlib

Cari ilin iki ayı ərzində Azərbaycanda istehsal edilən elektrik enerjisinin miqdarı açıqlanıb

Fransalı tennisçi oyun zamanı huşunu itirib

Domantas Sabonis NBA əfsanələrinin rekordunu təkrarlayıb

Novruz bayramının ilk günündə paytaxtda yağış, dağlıq və dağətəyi rayonlarda isə qar yağacaq

Tramp prezident seçiləcəyi təqdirdə şahzadə Harrini ABŞ-dan qovacaq

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək

“Novruz gəlir, yaz gəlir” – AzMİU kollektivi İlaxır çərşənbədə tonqal ətrafında bir araya gəldi

BDU Sənaye və Texnoloji Tədqiqat Təşkilatlarının Dünya Assosiasiyasına tamhüquqlu üzv seçilib

“Azəriqaz” Novruz bayramı günlərində gücləndirilmiş iş rejimində çalışacaq

® “Azpetrol” şirkəti yanacaqdoldurma məntəqələrinin sayını 104-ə çatdırıb

Media: İsrail və HƏMAS Doha danışıqlarında kompromisə hazırdır

Türkmənistanın Ticarət-Sənaye Palatası Türk Ticarət və Sənaye Palataları Birliyinin tamhüquqlu üzvü olub

Türkiyənin yeni milli müdafiə sistemi ictimaiyyətə təqdim edilib

ADA Universiteti Fondunun sponsorluq layihələri üzrə direktoru: Gender arası əməkdaşlıq inkişafın göstəricisidir - açıqlama

Novruz təamlarından istifadə edərkən diqqət yetirilməli məsələlər

Şəhid ailə üzvü olan təhsil işçiləri ilə görüş keçirilib

Milli Kitabxanada Novruz bayramı ilə bağlı elektron məlumat bazası yaradılıb

Yevlaxda Novruz bayramı münasibətilə konsert təşkil olunub

Azərbaycan gimnastları Almaniyada Dünya Kubokunda çıxış edəcəklər

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yeni veb-saytı istifadəyə verilib

İrqçilik etdiyi üçün millinin heyətindən kənarlaşdırılıb

Bir sıra ölkələrdən quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyulub

Blinken Qəzzada atəşkəsi müzakirə etmək üçün Ər-Riyada və Qahirəyə gedəcək

® “Azersun Holding” 10 mindən çox ailəni Novruz sovqatı ilə sevindirib

Azərbaycan poeziyası İspaniyada

Pomidor istehsalçıları ilə görüş keçirilib

Uzun illər itmiş sayılan nadir dəniz qabığı kolleksiyası indi İngiltərədə nümayiş etdirilir

Yanvar-fevral aylarında əlilliyi olan şəxslərə 20,8 min reabilitasiya vasitəsi verilib

“SpaceX” qlobal internet şəbəkəsinə aid daha 22 peyki orbitə çıxarıb

Son iki ayda sosial sahə üzrə 78 mindən çox e-arayış verilib

Fransa Mərakeşə 146 milyon dollar kredit verir

Qazaxıstan Xəzər dənizində hərbi təlimlər keçirib

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib