CƏMİYYƏT


Respublika çaylarında sululuğun azalması müşahidə olunub

Bakı, 9 iyun, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 20-70, Lənkəran-Astara bölgəsi çaylarında 10, Naxçıvan MR çaylarında isə 20 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildirilib ki, iyunun 9-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 7 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 275 kubmetr olmaqla ongünlük normanın 46 faizini təşkil edir. Ötən il isə bu rəqəm saniyədə 387 kubmetr olmaqla ongünlük normanın 65 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 99 kubmetr olmaqla, ongünlük normanın 51 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici saniyədə 154 kubmetr təşkil edərək ongünlük normanın 79 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 7, Şirvanda 12, Salyanda 15, Bankədə 5 santimetr azalma, Araz çayının Novruzlu məntəqəsində 1 santimetr artım qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 345 (2016-cı il iyunun 9-da 338 sm), Şirvanda 221, Salyanda 145 (2016-cı il iyunun 9-da 124 sm), Bankədə 176 (2016-cı il iyunun 9-da 195 sm), Araz çayının Novruzlu məntəqəsində isə 58 santimetr (2016-cı il iyunun 9-da 65 sm) təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.