CƏMİYYƏT


Respublika çaylarında suyun səviyyəsi azalıb

Bakı, 2 iyun, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-100, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 10, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildirilib ki, iyunun 2-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 335 kubmetr olmaqla ongünlük normanın 56 faizini təşkil edir. Ötən il isə bu rəqəm saniyədə 373 kubmetr olmaqla ongünlük normanın 62 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 5 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 137 kubmetr olmaqla, ongünlük normanın 70 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici saniyədə 142 kubmetr təşkil edərək ongünlük normanın 72 faizinə bərabər olub.

İyunun 2-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən mühüm dəyişiklik müşahidə olunmayıb. Belə ki, Kür çayının Surra məntəqəsində 26 santimetr artım, Şirvanda və Araz çayının Novruzlu məntəqəsində 2 santimetr azalma qeydə alınıb, Salyanda və Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 392 (2016-cı il iyunun 2-də 336 sm), Şirvanda 221, Salyanda 160 (2016-cı il iyunun 2-də 106 sm), Bankədə 181 (2016-cı il iyunun 2-də 177 sm), Araz çayının Novruzlu məntəqəsində isə 64 (2016-cı il iyunun 2-də 48 sm) təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.