CƏMİYYƏT


Respublika çaylarında suyun səviyyəsi azalıb

Bakı, 5 iyun, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 50-60, Kiçik Qafqazın çaylarında 30-70, Lənkəran-Astara bölgəsi çaylarında 10, Naxçıvan MR çaylarında isə 30 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildirilib ki, iyunun 5-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 16 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 275 kubmetr olmaqla ongünlük normanın 46 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 274 kubmetr olmaqla ongünlük normanın 46 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 16 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 111 kubmetr olmaqla ongünlük normanın 57 faizini təşkil edir. 2016-cı ildə isə bu göstərici saniyədə 150 kubmetr təşkil edərək ongünlük normanın 77 faizinə bərabər olub.

İyunun 5-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 6, Araz çayının Novruzlu məntəqəsində 2 santimetr azalma, Bankədə 2 santimetr artım qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 380 (2016-cı il iyunun 5-də 347 sm), Şirvanda 259, Salyanda 169 (2016-cı il iyunun 5-də 126 sm), Bankədə 189 sm (2016-cı il iyunun 5-də 177 sm), Araz çayının Novruzlu məntəqəsində isə 86 santimetr (2016-cı il iyunun 5-də 80 sm) təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.