CƏMİYYƏT


Respublika çaylarında suyun səviyyəsi azalıb

Bakı, 29 iyun, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 30-60, Lənkəran-Astara bölgəsi çaylarında 50, Naxçıvan Muxtar Respublikasının çaylarında isə 40 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildirilib ki, iyunun 29-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 175 kubmetr olmaqla ongünlük normanın 43 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 205 kubmetr olmaqla ongünlük normanın 51 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 3 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 143 kubmetr olmaqla, ongünlük normanın 86 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 88 kubmetr təşkil edərək ongünlük normanın 53 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, çayın Surra məntəqəsində 17, Şirvanda 14, Salyanda 10, Bankədə 9, Araz çayının Novruzlu məntəqəsində 15 santimetr azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 382 (2016-cı il iyunun 29-da 331 sm), Şirvanda 277, Salyanda 207 (2016-cı il iyunun 29-da 98 sm), Bankədə 195 (2016-cı il iyunun 29-da 175 sm), Araz çayının Novruzlu məntəqəsində isə 95 santimetr (2016-cı il iyunun 29-da 46 sm) təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.