CƏMİYYƏT


Respublika çaylarında suyun səviyyəsində azalma müşahidə olunub

Bakı, 3 iyul, AZƏRTAC

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 60-70, Kiçik Qafqazın çaylarında 20-70, Lənkəran-Astara bölgəsi çaylarında 60, Naxçıvan MR çaylarında isə 40 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildirilib ki, iyulun 3-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 17 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 110 kubmetr olmaqla ongünlük normanın 37 faizini təşkil edir. 2016-cı ildə isə bu rəqəm saniyədə 230 kubmetr olmaqla ongünlük normanın 77 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 4 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 73 kubmetr olmaqla ongünlük normanın 50 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 77 kubmetr təşkil edərək ongünlük normanın 53 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 1, Şirvanda 6, Salyanda 17, Bankədə 5, Araz çayının Novruzlu məntəqəsində 10 santimetr azalma qeydə alınıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 35 (2016-cı il iyulun 3-də 328 sm), Şirvanda 223, Salyanda 163 (2016-cı il iyulun 3-də 98 sm), Bankədə 177 (2016-cı il iyulun 3-də 201 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 santimetr (2016-cı il iyulun 3-də 47 sm) təşkil edir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.