CƏMİYYƏT


Respublika ərazisində 11853 yanğın hadisəsi qeydə alınıb 

Bakı, 8 fevral, AZƏRTAC

Ötən il respublika ərazisində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 11 min 853 çıxış edilib.

Fövqəladə Hallar Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, bunun 2227-si çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində, 7077-si açıq sahələrdə, 378-i nəqliyyat vasitələrində, 5-i meşə və talalarda, 2166-sı digər yerlərdə baş verən yanğınlarla əlaqədar olub. Yanğın hadisələri zamanı 54 nəfər həlak olub, 146 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanlar üzrə 10 nəfər (16 faiz), xəsarət alanlar üzrə 24 nəfər (14 faiz) azdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.