CƏMİYYƏT
Respublika ərazisində 22 mindən artıq yol hərəkəti qayda pozuntusu aşkar edilib
Bakı, 30 avqust, AZƏRTAC
Avqustun 27-28-də respublika ərazisində 22 mindən artıq yol hərəkəti qayda pozuntusu aşkar edilib.
Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, yol hərəkəti qaydalarının pozulması, nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması hallarının qarşısının alınması istiqamətində idarə tərəfindən reydlər davam etdirilir. Respublika ərazisində təkcə şənbə və bazar günlərində ümumilikdə 22 mindən artıq yol hərəkəti qayda pozuntusu aşkar edilib. Onlardan da 10 mindən çoxu foto və ya videoqeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanıb. Qalan 12 mindən çox qayda pozuntusu isə yol hərəkətinə nəzarəti həyata keçirən dövlət yol polisi qurumlarının əməkdaşları tərəfindən aşkarlanıb. Həmin faktlardan 163-ü nəqliyyat vasitəsinin sərxoş vəziyyətdə idarə edilməsi ilə bağlı olub.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha nəqliyyat vasitələrinin sürücülərindən yol hərəkəti qaydalarına ciddi əməl etmələrini tövsiyə edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [14:39]
Laçında özünüməşğulluq proqramının icrasına başlanılıb
- 26.08.2023 [11:48]
“Ay Laçın” – doğma və kövrək duyğularla VİDEO
- 25.08.2023 [17:45]
Avqust ayının müavinət, təqaüd və ünvanlı sosial yardımları tam ödənilib
- 25.08.2023 [17:38]
Qida sahəsində fəaliyyət göstərən 7 müəssisədə nöqsanlar aşkarlanıb
- 25.08.2023 [14:17]
® “Xonça” şirniyyat sahəsində yeni texnologiyaları ölkəyə gətirir
- 25.08.2023 [12:22]
“Könüllü DOST” proqramına ötən dövrdə 96,1 min müraciət olub
- 25.08.2023 [12:04]
“YAŞAT” düşərgəsinin altıncı həftəsi başa çatıb
- 25.08.2023 [11:48]