CƏMİYYƏT
Respublika ərazisində baş verən 6 yol-nəqliyyat hadisəsi nəticəsində dörd nəfər ölüb
Bakı, 20 dekabr, AZƏRTAC
Dekabrın 19-da respublikanın daxili işlər orqanları tərəfindən qeydə alınan 56 cinayət faktından 22-nin üstü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.
Respublikanın avtomobil yollarında qeydə alınan 6 yol-nəqliyyat hadisəsi nəticəsində 4 nəfər ölüb, 11 nəfər yaralanıb.
Daxili işlər orqanları əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.
Cinayət törətdiyinə görə 32 nəfər tutulub.