ELM VƏ TƏHSİL


Respublika fənn olimpiadaları başlanır

Bakı, 10 yanvar, AZƏRTAC

Yanvarın 15-də ölkənin bütün şəhər və rayonlarında respublika fənn olimpiadalarının birinci – rayon (şəhər) mərhələsinə başlanılacaq.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, olimpiadaların keçirilməsinin məqsədi istedadlı uşaqları aşkara çıxarmaq, şagirdlərdə fənlərə olan marağı artırmaq, bilik və bacarıqlarını nümayiş etdirmələrinə kömək göstərməkdir.

Olimpiada səkkiz fənn - riyaziyyat, fizika, kimya, biologiya, informatika, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı, tarix fənləri üzrə keçiriləcək. Bilik yarışının birinci mərhələsinə 29.691 şagirdin qatılacağı gözlənilir.

Respublika fənn olimpiadasında iştirak edəcək məktəblilərdən 10.842-si IX (onların arasında xüsusi istedadı və hazırlığı ilə seçilən VIII sinif şagirdləri də var), 9.311-i X, 9.538-i isə XI sinif şagirdidir. 28 min 14 şagird Azərbaycan, 1.677 şagird isə rus bölməsində təhsil alır.

Rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, hər fənn və hər sinif üzrə ən azı 60 faiz nəticə göstərən ən yaxşı üç şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.