ELM VƏ TƏHSİL


Respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək

Bakı, 21 aprel, AZƏRTAC 

Aprelin 22-də respublika fənn olimpiadalarının final mərhələsi keçiriləcək.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, final turunda iştirak edəcək 534 şagirddən 307-si texniki və təbiət fənləri, 227 şagird isə humanitar fənlər üzrə biliklərini sınayacaq. Şagirdlərdən 282-si paytaxt, 252-si isə bölgə məktəblərinin payına düşür.

Fizika, kimya, riyaziyyat, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyatı olmaqla səkkiz müxtəlif fənn üzrə keçirilən fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsində 30 min nəfərədək, respublika mərhələsinin yarımfinal turunda isə 5 min 909 şagird iştirak edib.

İlk iki mərhələdə şagirdlərə tapşırıqlar qapalı test formatında təqdim edilsə də, fənn olimpiadalarının final mərhələsində onlara açıqtipli, isbat, izahat, həll tələb edilən sual və tapşırıqlar təqdim olunacaq. Son mərhələdə iştirak edən bütün şagirdlərə olimpiadanın “İştirak” sertifikatı veriləcək.

Yekunda hər fəndən şagirdlərin nəticələrinə əsasən təxminən 240 şagird müvafiq olaraq qızıl, gümüş, bürünc medal, diplom və müxtəlif hədiyyələrlə təltif ediləcək. Artıq ənənə halını almış məqamlardan biri kimi hər fəndən ölkə üzrə ən güclü şagird “Birincilərin birincisi” nominasiyası üzrə təltif olunacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.