CƏMİYYƏT


Respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 49 faizini piyadaların vurulması təşkil edib

Bakı, 17 iyul, AZƏRTAC

Bu ilin birinci yarısında respublika üzrə qeydə alınmış yol-nəqliyyat hadisələrinin 49 faizini (416) piyadaların vurulması təşkil edib.

Baş Dövlət Yol Polisi İdarəsindən AZƏRTAC-a bildiriblər ki, qəzalar nəticəsində 132 piyada həlak olub, 307 nəfər xəsarət alıb.

Yol-nəqliyyat hadisələrinin 31,1 faizini (276 hadisə, 96 ölüm, 335 yaralı) ötmə və qarşıdan gələn nəqliyyatın yoluna çıxma, 31,1 faizini (264 hadisə, 129 ölüm, 214 yaralı) nəqliyyat vasitələrinin yüksək sürətlə idarə olunması, 12,3 faizini (105 hadisə, 12 ölüm, 121 yaralı) yolayrıcılarını keçmə qaydalarının pozulması, 1,5 faizini (13 hadisə, 8 ölüm, 13 yaralı) nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən baş verib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.