DÜNYA


Respublikaçıların namizədi: Partiyamızı yenidən Ağ evə qaytaracağıq

A+ A

Bakı, 22 iyul, AZƏRTAC

Amerikalı milyarder Donald Tramp ABŞ prezidenti postu uğrunda mübarizədə Respublika partiyasından namizəd olmağa rəsmən razılıq verib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Donald Tramp bu barədə bəyanatı Klivlend şəhərində keçirilən partiya qurultayında səsləndirib.

“Dostlar, partiya nümayəndələri və Amerika vətəndaşları, mən sizin tərəfinizdən ABŞ prezidenti postuna namizədliyimin irəli sürülməsinə məmnuniyyətlə razılıq verirəm. Biz birlikdə partiyamızı yenidən Ağ evə qaytaracaq, ölkədə çiçəklənməyə və sülhə nail olacağıq”, - deyə o qeyd edib.

Tramp, həmçinin prezident olacağı təqdirdə ABŞ-da “qanuniliyi və asayişi” bərpa edəcəyinə söz verib. Zalda olan auditoriya siyasətçinin bu çıxışını alqışlarla və “Tramp”, “ABŞ” sədaları ilə müşayiət edib.

Xatırladaq ki, iyulun 19-da Donald Trampın ABŞ-ın prezident postuna Respublika partiyasından namizədliyi rəsmən təsdiq olunub. Bu barədə qərar Ohayo ştatının Klivlend şəhərində keçirilən milli partiya qurultayında partiya nümayəndələri tərəfindən verilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.