CƏMİYYƏT


Respublikanın bəzi çaylarında suyun səviyyəsi artıb

A+ A

Bakı, 21 oktyabr, AZƏRTAC

Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 170-270, Kiçik Qafqazın çaylarında 140-320, Lənkəran-Astara bölgəsi çaylarında isə 100-200 faizini təşkil edir.

Bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib. Məlumata görə, oktyabrın 21-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 13 santimetr azalma müşahidə olunub. Məntəqədə su sərfi saniyədə 192 kubmetr təşkil edib. Qanıx çayının Əyriçay məntəqəsində isə suyun səviyyəsində 22 santimetr azalma qeydə alınıb. Məntəqədə su sərfi saniyədə 163 kubmetr olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Araz çayının Novruzlu məntəqəsində isə suyun səviyyəsi 8 santimetr artıb.

Hazırda suyun səviyyəsi Kür çayının aşağı axınındakı məntəqələrdə - Surrada 574, Salyanda 385, Bankədə və Novruzlu məntəqəsində isə 285 santimetrdir.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.