REGİONLAR


Respublikanın cənubunda iki avtomobil yolunun tikintisi yekunlaşıb VİDEO

A+ A

Bakı, 16 sentyabr, AZƏRTAC

Cəlilabad rayonunun Cəlilabad-Astanlı-Cəngan-Soltankənd və Biləsuvar rayonunun Günəşli-Ağayrı-İsmətli-Aranlı-Çinarlı-Əliabad avtomobil yollarının tikintisi “Azəravtoyol” ASC tərəfindən başa çatdırılıb.

“Azəravtoyol”un mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Cəlilabad-Astanlı-Cəngan-Soltankənd avtomobil yolunun uzunluğu 20,05 kilometrdir. Tikinti işləri çərçivəsində yolun torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə yeni 8 metr enində torpaq yatağı inşa olunub. Daha sonra yola yeni asfalt-beton örtük döşənib.

Hazırda 2 hərəkət zolaqlı yolun asfalt örtüyünün eni 6 metr təşkil edir. Layihəyə uyğun olaraq hər bir tərəfdə 1 metr enində çiyinlərin, həmçinin 254 metr dairəvi boruların və 41 metr düzbucaqlı boruların tikintisi aparılıb.

Analoji işlər uzunluğu 16 kilometr olan Biləsuvar-Günəşli-Ağayri-İsmətli-Çinarlı-Əliabad avtomobil yolunda da aparılıb.

Tikinti layihəsi çərçivəsində torpaq yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə yeni 9 metr enində yol yatağının, həmçinin qum-çınqıl və optimal qırmadaş qarışığından ibarət yol əsasının inşası aparılıb. Daha sonra yola 2 qat olmaqla 5 metr enində yeni asfalt-beton örtüyü döşənib, 2 metr enində isə çiyinlər qurulub.

Nəzərə çatdırılıb ki, avtomobil yollarının tikintisi ilə Cəlilabad rayonunda 23 yaşayış məntəqəsinin 20 min nəfər əhalisinin, Biləsuvar rayonunda isə 5 yaşayış məntəqəsinin 11 min nəfər əhalisinin gediş-gəlişi xeyli asanlaşmaqla yanaşı, sözügedən ərazilərdə kənd təsərrüfatının inkişafına, insanların yetişdirdikləri məhsulları rahat şəkildə rayon mərkəzlərinə daşımasına imkan yaranıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.