REGİONLAR


Respublikanın şimal bölgəsindən aran rayonlarına  30-a yaxın taxılyığan kombayn göndərilib

Xaçmaz, 6 iyun, Elxan Yusifli, AZƏRTAC

“Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Xaçmaz regional nümayəndəliyinin balansındakı 30-a yaxın taxılyığan kombayn aran bölgəsində biçinə cəlb olunub.

AZƏRTAC xəbər verir ki, şimal bölgəsindən göndərilən kombaynlar Neftçala, Salyan, Hacıqabul, Kürdəmir və Sabirabad rayonlarında taxıl biçinində iştirak edir.

“Aqrolizinq” ASC-nin Xaçmaz regional nümayəndəliyindən bildiriblər ki, Kənd Təsərrüfatı Nazirliyinin tapşırığına əsasən şimal bölgəsindəki kombaynlar taxıl biçini başlayan rayonlara köməyə göndərilib. Aran rayonlarında biçin prosesi itkisiz və vaxtında başa çatdırıldıqdan sonra kombaynlar geri qayıdacaq. Şimal bölgəsində taxıl biçini iyun ayının ikinci ongünlüyündə başlayır.

Nümayəndəliyin balansındakı Avropa istehsalı 39 taxılyığan kombayn texniki baxışdan keçirilərək tam işlək vəziyyətə gətirilib.

Şimal bölgəsindən olan sahibkarlar da artıq “Aqrolizinq” ASC-nin Xaçmaz regional nümayəndəliyinə müraciət edərək, taxıl zəmilərinin biçilməsi üçün müqavilə bağlaya bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.