MƏDƏNİYYƏT


Rəssam Təranə Məmmədovanın fərdi sərgisi açılıb

A+ A

Bakı, 5 oktyabr, AZƏRTAC

Azərbaycan Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda Təranə Məmmədovanın fərdi sərgisinin açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, bu, istedadlı rəssam və pedaqoq Təranə Məmmədovanın dördüncü sərgisidir.

Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının rektoru, Xalq Rəssamı Ömər Eldarov, Əməkdar İncəsənət Xadimi Ziyadxan Əliyev rəssamın yaradıcılığından, onun 70 rəsm və qrafik əsərinin daxil olduğu ekspozisiyadan söz açıblar. Qeyd olunub ki, bu əsərlərin hər biri yüksək peşəkarlığı, böyük sənətkarın fərdi üslubunu səciyyələndirir. T.Məmmədovanın rəsmləri ABŞ, Rusiya, Fransa, Türkiyə, Polşa, Qazaxıstan və Kiprdə şəxsi kolleksiyalarda saxlanılır.

Qeyd olunub ki, Təranə Məmmədova Azərbaycan Milli Konservatoriyası yanında Respublika İncəsənət Gimnaziyasında rəsm dərsi deyir. Onun yetişdirdiyi gənc rəssamlar həm Bakıda, həm də ölkəmizin hüdudlarından kənarda keçirilən çoxsaylı sərgi və müsabiqələrdə qızıl və gümüş medallar, habelə müxtəlif diplomlarla mükafatlandırılıb.

Heydər Əliyev adına Azərbaycan-Qazaxıstan Cəmiyyətinin sədri Eldar Günaydın T.Məmmədovaya fəxri fərman təqdim edib.

T.Məmmədova Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın portretini əsərləri arasında xüsusi yer tutduğunu vurğulayıb. O, bu portreti Heydər Əliyev Fonduna hədiyyə etdiyini bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.