MƏDƏNİYYƏT


Rəssamlar İttifaqı “Təsviri sənət həftəsi” keçirəcək

Bakı, 20 mart, AZƏRTAC 

Azərbaycan Rəssamlar İttifaqı ənənəvi olaraq bu il də Novruz bayramı münasibətilə “Təsviri sənət həftəsi” keçirəcək.

Rəssamlar İttifaqından AZƏRTAC-a bildirilib ki, martın 24-də saat 12.00-da V.Səmədova adına Sərgi Salonunda kütləvi informasiya vasitələrin iştirakı ilə konfrans, saat 15.00-da “Soltan Məhəmməd” mükafatına iddiaçı rəssamların əsərlərindən ibarət sərgi-müsabiqə təşkil olunacaq.

Martın 25-də saat 12.00-da İçərişəhərdə “Uşaqların ən yaxşı rəsmi” adlı müsabiqə, martın 27-də isə saat 12.00-da V.Səmədova adına Sərgi Salonunda qüsurlu uşaqların əsərlərindən hərrac–satış keçiriləcək. Satışdan əldə edilən vəsait təmənnasız olaraq uşaq evlərinə veriləcək.

Martın 28-də saat 12.00-da Bakıdakı Humanitar Kollecdə təhsil alan şagirdlərin görkəmli Azərbaycan rəssamları ilə görüşünün təşkili, həmçinin Bilgəh, Mərdəkan və Buzovna qəsəbələrindəki uşaq və qocalar evlərinə hədiyyələrin təqdim edilməsi planlaşdırılıb.

Martın 29-da saat 16.00–da C.Naxçıvanski adına Hərbi Liseydə Qarabağ döyüşlərinin iştirakçısı, müharibə veteranı, rəssam İntiqam Ağayevin fərdi sərgisi açılacaq.

“Təsviri sənət həftəsi”nə martın 30-da V.Səmədova adına Sərgi Salonunda “Bahar sərgisi” ilə yekun vurulacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.