MƏDƏNİYYƏT


Rəssamlar İttifaqında Rəis Rəsulzadənin əsərləri sərgilənəcək

Bakı, 3 iyun, AZƏRTAC

İyunun 5-də Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda Əməkdar Rəssam Rəis Rəsulzadənin sənət əsərlərindən ibarət fərdi rəsm sərgisi açılacaq.

AZƏRTAC xəbər verir ki, ekspozisiyada rəssamın peyzaj və portret janrlarında olan əsərləri sərgilənəcək. Doğma vətəninin gözəlliklərini tablolarda əbədiləşdirən R.Rəsulzadənin yağlı boya ilə çəkdiyi “Çinarlar”, “Çaykənd yağışdan sonra”, “Quşçular kəndi”, “Abşeronda”, “Kəpəz və Murovdağ”, “Dəniz kənarında qəsəbə”, “Şəkidə bahar”, “Şahdağ” kimi əsərləri də sərgidə yer alacaq.

Sərgi bir həftə davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.