MƏDƏNİYYƏT


Rəssamlar İttifaqında növbəti sərgi türk xalqlarının folkloruna həsr ediləcək

Bakı, 4 iyul, AZƏRTAC

İyulun 7-də Azərbaycan Rəssamlar İttifaqının V. Səmədova adına sərgi salonunda “Turan” adlı rəsm sərgisi açılacaq.

İttifaqdan AZƏRTAC-a bildirilib ki, sərgidə Azərbaycan, Türkiyə və Qazaxıstandan olan fırça ustalarının əsərləri nümayiş ediləcək.

Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Azərbaycan Rəssamlar İttifaqının və Uluslararası Sənətkarlar və Sənətçilər Dərnəyinin təşkilatçılığı ilə gerçəkləşəcək sərgidə rəngkarlıq, qrafika, keramika miniatür janrlarında olan əsərlər təqdim olunacaq.

Doqquz rəssamın 30-dək sənət əsərinin nümayiş ediləcəyi sərgi bir həftə davam edəcək.

Sərginin kuratoru Uluslararası Sənətkarlar və Sənətçilər Dərnəyinin Azərbaycan üzrə təmsilçi İlqar Əkbərovdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.