MƏDƏNİYYƏT
Rəssamlıq Akademiyasında “Dostluq sərgisi” açılıb
AZƏRTAC xəbər verir ki, sərgidə rəssam Şəmsəddin Böyükdüzlünün və onun tələbələrinin, dostlarının kollektiv rəsm əsərləri nümayiş olunub. Bu əsərlər sırasında “Kəlbəcər haqqında”, “Fırtına və ölüm”, “Rəssamın xəyalları”, “Nur yolu”, “Dərdli laləgül”, “Cənnət və kainat”, “Günahkar” və digərləri yer alıb. Müxtəlif mövzuları əhatə edən bu əsərlər mənzərə, natürmort, abstraksiya və kağızdan hazırlanmış fiqurlardan ibarətdir.
Sərgidə iştirak edənlər sırasında fiziki qüsurlu həvəskar rəssamların da əl işləri vardır.
Tədbirdə əsərlərin satışı da həyata keçirilib. Sərginin bütün iştirakçılarına Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının diplomları təqdim olunub.
Sentyabrın 20-dək davam edəcək sərgidə 100-dən artıq yağlı boya, sulu boya, karandaş və qarışıq texnikalarda işlənilmiş rəsm əsəri nümayiş olunur.