İDMAN


Rəsul Çunayev İslamiadaya təmiz qələbə ilə başlayıb

Bakı, 17 may, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC

Güləş yarışlarının birinci günündə yunan-Roma güləşçiləri xalça üzərinə çıxıblar.

AZƏRTAC xəbər verir ki, 71 kiloqram çəki dərəcəsində mübarizə aparan təmsilçimiz Rəsul Çunayev ilk görüşündə əlcəzairli Akrem Boudjemline ilə qarşılaşıb. İdmançımız 1 dəqiqə 4 saniyə ərzində təmiz qələbə qazanıb - 8:0.

Bu qələbə sayəsində Rəsul Çunayev yarımfinala vəsiqə qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.