İDMAN


Rəsul Çunayev: Səhvlərim üzərində işləyəcəm ki, onları təkrarlamayım

Bakı, 17 may, H.Mahmudova, S.Allahverdiyeva, AZƏRTAC

İranlı rəqibimlə görüşdə son saniyələrdə səhvim nəticəsində məğlub oldum. Bu oyunlara ən yüksək səviyyədə hazırlaşsam da, bəxt də öz sözünü deyir.

Bu sözləri AZƏRTAC-a müsahibəsində IV İslam Həmrəyliyi Oyunlarının bürünc medalçısı yunan-Roma güləşçisi Rəsul Çunayev (71 kiloqram) sözləyib.

O bildirib ki, iranlı Gerayi Məhəmmədəli ilə qarşılaşmada 5:0 hesabı ilə öndə olsa da, sonda səhvi ucbatından 6 xal qazanan rəqib qarşılaşmanı qalib başa vurub: “Buna baxmayaraq, bürünc medal qazandım. Düzdür istərdim ki, qızıl medal əldə edim. Amma mənim üçün hər bir medal dəyərlidir. Qarşıdan isə dünya çempionatı gəlir. İndi çalışıb səhvlərim üzərində işləyəcəm ki, onları təkrarlamayım”.

Qeyd edək ki, 71 kiloqram çəki dərəcəsində yarışda üçüncü yer uğrunda görüşdə R.Çunayev türkiyəli İlker Sönmez ilə üz-üzə gəlib. Qarşılaşmanın birinci hissəsində gözəl fənd sayəsində hakimlərdən 4 xal almağı bacaran Azərbaycan idmançı hesabdakı üstünlüyü oyunun sonunadək qoruyub saxlayıb. Yekun hesabda 4:1 hesabı ilə qalib gələn güləşçimiz yarışın bürünc medalına sahib olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.