İDMAN


Rəsul Çunayev yunan-Roma güləşçilərimizin aktivinə ikinci bürünc medalı yazdırıb

Bakı, 17 may, S.Allahverdiyeva, H.Mahmudova, AZƏRTAC

Azərbaycan güləşçisi Rəsul Çunayev yunan-Roma güləşçilərimizin aktivinə ikinci bürünc medalı yazdırıb.

AZƏRTAC xəbər verir ki, 71 kiloqram çəki dərəcəsində yarışda üçüncü yer uğrunda görüşdə R.Çunayev türkiyəli İlker Sönmez ilə üz-üzə gəlib.

Qarşılaşmanın birinci hissəsində gözəl fənd sayəsində hakimlərdən 4 xal almağı bacaran Azərbaycan idmançı hesabdakı üstünlüyü oyunun sonunadək qoruyub saxlamağı bacarıb. Yekun hesabda 4:1 hesabı ilə qalib gələn güləşçimiz yarışın bürünc medalına sahib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.