MƏDƏNİYYƏT


“Retro Bakı” layihəsi çərçivəsində konsert

Bakı, 24 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən “Retro Bakı” konsertləri paytaxt sakinləri və şəhərimizin qonaqlarına maraqlı anlar yaşadıb.

İdarədən AZƏRTAC-a bildirilib ki, Fəvvarələr Meydanında keçirilən konsertdə tanınmış estrada müğənniləri Elnarə Xəlilova, Roza Zərgərli, Leyla Ramazanlı, Səbinə Əsgərova, Anar Rəhimli, Könül Məmmədli, Nailə Müslümova, Aytac Vidadiqızı, Mircabbar Mirbabayev, Nigar Süleymanova, Aynur Əliyeva və başqaları çıxış ediblər. Həmçinin konsertdə “Səma” və “Xəzərim” rəqs qruplarının ifasında milli və dünya xalqlarının rəqsləri təqdim olunub.

Qeyd edək ki, layihə əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədini daşıyır. “Retro Bakı” sentyabrın 15-dək hər həftəsonu axşam saatlarında Fəvvarələr Meydanında zəngin konsert proqramı və tanınmış müğənnilər ilə tamaşaçıların görüşünə gələcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.