MƏDƏNİYYƏT


“Retro Bakı” layihəsi çərçivəsində növbəti konsert

A+ A

Bakı, 5 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə həyata keçirilən yeni “Retro Bakı” layihəsi davam edir.

Baş İdarədən AZƏRTAC-a bildirilib ki, layihə çərçivəsində növbəti konsert avqustun 6 və 7-də ənənəvi olaraq Fəvvarələr Meydanında baş tutacaq.

Bu həftə “Retro Bakı”nın qonaqları şanson mahnıların məşhur ifaçısı kimi tanınan Aydın Vəliyev (Aydınçik) və tanınmış müğənni Aysel Əlizadən dinləyəcəklər. Həmçinin konsertdə gənc müğənnilər Səbinə Əsgərova, Könül Şıxəliyeva, Nofəl, Aytən, "İnci" qrupu, “Səma” və "Nice" rəqs qrupları iştirak edəcək.

Qeyd edək ki, layihə çərçivəsində tədbirləri hər həftə sonu - şənbə və bazar günləri axşam saatlarında müxtəlif konsert proqramları ilə oktyabrın ortalarınadək davam edəcək.

Layihənin məqsədi XX əsrin 60-70-ci illərində Bakıda musiqidə olan dəbin yenidən canlandırılması və yay aylarında əhalinin asudə vaxtının səmərəli keçməsinin təşkilindən ibarətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.