MƏDƏNİYYƏT


“Retro Bakı” layihəsi paytaxt sakinlərinin könlünü oxşamaqda davam edir

A+ A

Bakı, 1 avqust, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə Fəvvarələr meydanında keçirilən “Retro Bakı” layihəsinin konsertləri davam edir.

İdarədən AZƏRTAC-a bildirilib ki, bu həftə keçirilən konsertlərdə Əməkdar Artist Elza Seyidcahan, tanınmış müğənnilər İlqar Sail, Aysel Əlizadə, Leyla Ramazanlı, Könül Şıxəliyeva, Cəmilə Rəhimova, Samir Cabbarov, Aysel Mayılova, “Azad” rəqs qrupu və rəqqasə Səbinə İsmayılova ifaları ilə paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının könüllərini oxşayıblar.

Layihənin məqsədi XX əsrin 60-70-ci illərində Bakıda musiqidə olan dəbi yenidən canlandırılması və yay aylarında əhalinin asudə vaxtının səmərəli keçməsinin təşkil olunmasıdır.

Qeyd edək ki, layihə tədbirləri hər həftə sonu - şənbə və bazar günləri axşam saatlarında Fəvvarələr Meydanında müxtəlif konsert proqramları ilə oktyabrın ortalarınadək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.