MƏDƏNİYYƏT


“Retro Bakı” layihəsinin açılış konserti olub VİDEO

A+ A

Bakı, 9 iyul, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə yay aylarında əhalinin asudə vaxtının səmərəli keçməsi məqsədilə yeni “Retro Bakı” layihəsinə start verilib.

Layihə çərçivəsində hər həftə sonu - şənbə və bazar günləri axşam saatlarında Fəvvarələr Meydanında müxtəlif konsert proqramları təşkil olunacaq. Layihənin məqsədlərindən biri də XX əsrin 60-70-ci illərində Bakıda musiqidə olan dəbi yenidən canlandırmaqdır.

AZƏRTAC xəbər verir ki, iyulun 9-da layihənin açılış konserti keçirilib.

Konsertdə Mərdəkan Mədəniyyət Sarayının "Lalələr" rəqs qrupu, Xətai Mədəniyyət Evinin "İqray qarmon" Azərbaycan-rus folklor ansamblı və 25 nömrəli uşaq musiqi məktəbinin caz ansamblı çıxış edib.

İki saata yaxın müddət ərzində paytaxtımızın sakinləri və şəhərimizin qonaqları milli və dünya inciləri ilə zəngin rəqslərə tamaşa edib və musiqi nömrələrini dinləyiblər.

Layihənin davamı olaraq tamaşaçılar saat 19:00-dan 21:00-dək Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin nəzdində fəaliyyət göstərən Bakı Uşaq Teatrının da çıxışını izləyə biləcəklər. Teatrın kollektivi Xəqani bağında teatrlaşdırılmış oyunlar və tamaşalar təqdim ediləcək.

Qeyd edək ki, sabah da layihə çərçivəsində konserti keçiriləcək. Layihə sentyabrın ortalarınadək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.