MƏDƏNİYYƏT


“Retro Bakı” layihəsinin konsertləri böyük maraqla qarşılanır

A+ A

Bakı, 25 iyul, AZƏRTAC 

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin təşkilatçılığı ilə “Retro Bakı” layihəsinin konsertləri davam edir.

İdarədən AZƏRTAC-a bildirilib ki, paytaxt sakinləri və şəhərimizin qonaqları həftə sonu keçirilən konsertlərin repertuarına daxil edilən musiqi və rəqs nömrələrini, xüsusilə tanınmış cazmen, Əməkdar İncəsənət Xadimi Cavan Zeynallının ifasını, müğənnilər Nəzakət Məmmədova, Tural Mehri, Nigar Süleymanova, Mehman Tağıyev və “Odlar Yurdu” qrupunun çıxışlarını böyük maraq və coşqu ilə qarşılayıblar.

Xatırladaq ki, layihə çərçivəsində tədbirlər hər həftənin şənbə və bazar günləri axşam saatlarında Fəvvarələr Meydanında rəngarəng konsert proqramları ilə oktyabrın ortalarınadək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.