MƏDƏNİYYƏT
“Retro Bakı” layihəsinin növbəti qonaqları
Bakı, 10 avqust, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin layihəsi əsasında mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə reallaşdırılan “Retro Bakı” layihəsinin növbəti konsertləri avqustun 11-də və 12-də saat 19:00-da olacaq.
İdarədən AZƏRTAC-a bildirilib ki, Fəvvarələr Meydanında baş tutacaq budəfəki konsert proqramında tanınmış müğənnilər Könül Kərimova və Nurlan Əzizbəyli maraqlı repertuarla paytaxt sakinləri və qonaqlarının görüşünə gələcək.
Qeyd edək ki, “Retro Bakı” layihəsi əhalinin və turistlərin asudə vaxtının xoş keçməsi, Azərbaycan musiqi incilərinin, korifey bəstəkarların əsərlərinin səsləndirilməsi məqsədini daşıyır və sentyabrın 15-dək davam edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]