MƏDƏNİYYƏT


“Retro Bakı”dan növbəti konsert proqramı

A+ A

Bakı, 14 sentyabr, AZƏRTAC

Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin “Retro Bakı” layihəsi növbəti konsert proqramı ilə Bakı sakinlərinin və qonaqlarının görüşünə gəlib.

İdarədən AZƏRTAC-a bildirilib ki, mədəni tədbirlərin təşkili və yaradıcı gənclərlə iş üzrə mərkəzin təşkilatçılığı ilə keçirilən konsertlərdə bu həftə tanınmış müğənnilər Zaur Əmiraslanov, Samirə Allahverdiyeva, Nurlan Əzizbəyli, Kübra Hüseynova, Firuzə Quliyeva, Mirsərhəd Həbibi, Eminağa Sadıqov, Nizami Nikbin, Nigar Süleymanova, Mircabbar Cabbarov, “Azad” və “Səma” rəqs qrupları rəngarəng çıxışları ilə hər kəsə əsl bayram əhval-ruhiyyəsi bəxş ediblər. Həmçinin bu həftə “Avto retro” klubu retro maşınların və Azərbaycan milli mətbəxində istifadə olunan əşyaların sərgisini təqdim edib.

Qeyd edək ki, layihə tədbirləri hər həftə sonu - şənbə və bazar günləri axşam saatlarında Fəvvarələr Meydanında müxtəlif konsert proqramları ilə oktyabrın ortalarınadək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.