MƏDƏNİYYƏT
“Retro Bakı”nın budəfəki konserti də maraqlı olacaq
Bakı, 2 sentyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsinin “Retro Bakı” layihəsi davam edir.
AZƏRTAC xəbər verir ki, baş idarənin təşkilatçılığı ilə keçirilən növbəti konsertlər sentyabrın 3-4-də Fəvvarələr meydanında baş tutacaq.
Bu həftə “Retro Bakı”nın qonaqları tanınmış müğənni Əminə Şirin və rəqqas İlham Kərimli olacaq. Həmçinin, konsertdə gənc müğənnilər Hüseyn Abdullayev, Səbinə Əsgərova, Cəvahir Abdulova, Nizami Nikbin, Aygün Ağayeva və “Qismət” qrupu iştirak edəcək.
Qeyd edək ki, layihənin məqsədi XX əsrin 60-70-ci illərində Bakıda musiqidə olan dəbi yenidən canlandırılması və yay aylarında əhalinin asudə vaxtının səmərəli keçməsinin təşkil olunmasıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.06.2023 [11:42]
Azərbaycan bəstəkarının dərsliyi Almaniyada nəşr olunub
- 19.06.2023 [07:12]
Azərbaycanlı vokalçı beynəlxalq müsabiqədə çıxış edəcək
- 03.04.2023 [15:26]
“Şuşanın tanınmış soyları”: Mirzə Sadıqcan
- 03.04.2023 [15:14]
Filarmoniyada Abonement konsertlər təşkil edilib
- 30.03.2023 [15:25]
Qara Qarayevin 105 illiyinə həsr olunmuş konsert proqramı təqdim edilib
- 30.03.2023 [14:57]