İQTİSADİYYAT


“Reuters”: Səudiyyə Ərəbistanı və Körfəz ölkələri neft hasilatını 4 faiz azaltmağa hazırdır

A+ A

Bakı, 28 oktyabr, Nihad Budaqov, AZƏRTAC 

Səudiyyə Ərəbistanı və Bəsrə Körfəzi ətrafındakı ərəb ölkələri neft hasilatını 4 faiz azaldacaqlarını Rusiyaya bildiriblər.

AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, Rusiya və ərəb ölkələrinin enerji nazirlərinin iştirakı ilə Ər-Riyadda qapalı keçirilən görüşdə Rusiyanın energetika naziri Aleksandr Novak isə ölkəsinin neft istehsalını azaltmayacağını, lakin mövcud səviyyələrdə “donduracağını” deyib.

Hasilatın 4 faiz azaldılması böyük ehtimalla OPEC-ə üzv və digər neft istehsal edən ölkələrin nümayəndələrinin qatılacağı Vyanadakı kartelin Yüksək səviyyəli Komitəsinin iclasında müzakirə ediləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.