İDMAN


“Rəvan” futbol klubu U-11 qızlar Liqasının qalibi olub

Bakı, 20 aprel, AZƏRTAC

Aprelin 20-də AFFA-nın Futbol Akademiyasının meydançasında U-11 qızlar Liqasının final oyunu keçirilib.

AZƏRTAC AFFA-ya istinadla xəbər verir ki, “Zığ” və “Rəvan” komandaları arasında keçirilmiş qarşılaşmada 1:0 hesabı ilə qalib gələn “Rəvan” yarışın qalibi olub. “Zığ” ikinci , “Gömrükçü” isə üçüncü pilləni tutub.

Yarışın ən yaxşı oyunçusu adına “Fidan”dan Zəhra Piriyeva layiq görülüb. Liqanın bombardiri rəqib qapılarından 19 qol keçirən Safura Xəlilova (“Rəvan”) olub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.