REGİONLAR


Rəy Monitorinq Mərkəzinin nümayəndəsi: Heç bir qayda pozuntusu ilə qarşılaşmamışıq

A+ A

Astara, 26 sentyabr, Bağır Əliyev, AZƏRTAC

Azərbaycan Respublikası Konstitusiyasında dəyişikliklər edilməsi ilə bağlı keçirilən referendumla əlaqədar 77 saylı Astara seçki dairəsi dairə seçki komissiyasının 2 saylı şəhər seçki məntəqəsində səsvermə prosesi şəffaf keçirilir. Məntəqədə heç bir qayda pozuntusu ilə qarşılaşmamışıq.

Bu sözləri AZƏRTAC-a müsahibəsində Astara rayonunda “exit-poll” keçirən Rəy Monitorinq Mərkəzinin nümayəndəsi Vüsalə Məcidzadə deyib.

O bildirib ki, seçki məntəqəsində seçicilərin fəallığı, yüksək əhval-ruhiyyə hiss olunur. İnsanlar səhər tezdən məntəqəyə gələrək azad, demokratik şəkildə ümumxalq səsverməsində iştirak edirlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.