DÜNYA


Rəy sorğusu: Donald Tramp rəqibi Hillari Klintonu üstələyir

A+ A

Bakı, 7 oktyabr, AZƏRTAC

ABŞ prezidenti postuna Respublika Partiyasından namizəd Donald Tramp rəqibi – demokratların nümayəndəsi Hillari Klintonu iki faizlik punktla üstələyir. Bu göstərici “Rasmussen Reports” kompaniyasının namizədlərin teledebatlarından sonra apardığı ictimai rəy sorğusunun nəticəsində əksini tapıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, kompaniyanın saytında yerləşdirilən informasiyaya görə, respublikaçı Donald Tramp respondentlərin 43 faizinin, demokrat Hillari Klinton isə 41 faizinin dəstəyini qazanıb.

“Rasmussen Reports” kompaniyasının avqustun əvvəlində keçirdiyi analoji sorğunun nəticəsinə əsasən isə Tramp 41 faizə qarşı 39 səs toplayaraq xanım Klintondan geridə qalmışdı.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 8-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.