CƏMİYYƏT


Rezidentlərin yekun attestasiyası Tibb Universitetində aparılacaq

A+ A

Bakı, 7 oktyabr, AZƏRTAC

Səhiyyə Nazirliyi rezidentlərin yekun attestasiyasının vaxtını açıqlayıb.

Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, yekun attestasiya Attestasiya Komissiyası tərəfindən iki mərhələdə (test və praktiki) aparılacaq. Yekun attestasiyanın test mərhələsi oktyabrın 25-də saat 10.00-da Azərbaycan Tibb Universitetinin Virtual Test Mərkəzində (VTM) keçiriləcək. Oktyabrın 14-dən etibarən rezidentlər şəxsiyyət vəsiqələrini təqdim etməklə VTM-də istifadəçi şifrəsini əldə edə bilərlər.

Yekun attestasiyanın praktiki mərhələsində test mərhələsindən müvəffəqiyyətlə keçən rezidentlər iştirak edəcəklər. Praktiki mərhələ oktyabrın 27-28-də saat 09.00-da keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.