ELM VƏ TƏHSİL
Rezidentura səviyyəsi üzrə boş qalan plan yerlərınə müsabiqənin nəticələri açıqlanıb
Bakı, 31 iyul, AZƏRTAC
2015/2016-cı tədris ili üçün rezidentura səviyyəsi üzrə boş qalan 28 plan yerinin müsabiqəsində iştirak etmək üçün 39 namizəd ərizə ilə müraciət edib. Müsabiqə nəticəsində 14 namizəd rezidentura səviyyəsinə qəbul olunub. Qəbul olunan namizədlərin siyahısı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) www.tqdk.gov.az rəsmi internet səhifəsində tanış olmaq mümkündür.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, rezidenturaya qəbul olunanlar tələb edilən sənədləri avqustun 3-4-də müvafiq quruma: Azərbaycan Tibb Universiteti və digər tibb müəssisələrinə qəbul olunmuş şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Naxçıvan Dövlət Universitetinə (NDU) qəbul olunmuş şəxslər NDU-ya təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından çıxarılacaq.