CƏMİYYƏT


“Rezidentura” xüsusi buraxılışının dördüncü nömrəsi nəşr edilib

A+ A

Bakı, 9 avqust, AZƏRTAC

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən “Rezidentura” xüsusi buraxılışının dördüncü nömrəsi nəşr edilib.

TQDK-dan AZƏRTAC-a bildiriblər ki, jurnalın bu nömrəsində 2016/2017-ci tədris ili üçün rezidenturaya qəbul olanların siyahısı, müsabiqə nəticələrinə görə toplanmış keçid balları və digər zəruri məlumatlar dərc edilib.

Jurnalı Bakı şəhəri, Nəsimi rayonu, A.Salamzadə küçəsi, 28; Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi, 1M. ünvanlarda yerləşən “Abituriyent” satış köşklərindən almaq və ya www.abiturient.az saytından sifariş etmək olar. Nəşrin elektron versiyasını (PDF formatında) TQDK saytının “Elektron xidmətlər” bölməsində “TQDK nəşrlərinin elektron versiyalarının onlayn satışı” xidməti vasitəsilə ödəniş etməklə də əldə etmək mümkündür (Xidmətə keçid: http://eservices.tqdk.gov.az/ejurnal/).

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.