ELM VƏ TƏHSİL


Rezidenturanın boş qalan yerlərinə 11 namizəd qəbul olunub

Bakı, 1 avqust, AZƏRTAC

Dövlət İmtahan Mərkəzi (DİM) 2017/2018-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerləri ilə bağlı müsabiqənin nəticələrini açıqlayıb.

DİM-dən AZƏRTAC-a bildirilib ki, müsabiqədə iştirak etmək üçün ərizə ilə müraciət edən 13 namizəddən 11-i rezidenturaya qəbul olunub.

Rezidentlər tələb olunan sənədləri avqustun 2-3-də Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.