ELM VƏ TƏHSİL
Rezidenturaya boş qalan plan yerlərınə müsabiqənin nəticələri açıqlanıb
Bakı, 23 avqust, AZƏRTAC
2016/2017-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün müsabiqə şərtini ödəmiş iki namizəd ərizə ilə müraciət edib. Qəbul olunan namizədlərin siyahısı ilə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) www.tqdk.gov.az rəsmi internet səhifəsində tanış olmaq mümkündür.
TQDK-dan AZƏRTAC-a bildiriblər ki, rezidenturaya qəbul olanlar tələb edilən sənədləri cari il avqustun 24-də və 25-də Azərbaycan Tibb Universiteti və digər tibb müəssisələrinə qəbul olmuş namizəd Azərbaycan Respublikası Səhiyyə Nazirliyinə, Naxçıvan Dövlət Universitetinə qəbul olmuş namizəd Naxçıvan Dövlət Universitetinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.
Namizədin bu müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtinası kimi qiymətləndiriləcək və o, qəbul olanlar siyahısından çıxarılacaq.