ELM VƏ TƏHSİL
Rezidenturaya qəbul imtahanlarında iştirak edən, müsabiqə şərtini ödəyən namizədlərin nəzərinə!
Bakı, 27 iyul, AZƏRTAC
2017/2018-ci tədris ili üçün rezidenturaya boş qalan plan yerlərinə ərizə qəbulu elan edilir.
Dövlət İmtahan Mərkəzindən (DİM) AZƏRTAC-a bildiriblər ki, müsabiqədə iştirak etmək istəyən namizədlər iyulun 28-29-da saat 10.00-dan 16.00-dək şəxsiyyəti təsdiqləyən sənədin əslini və surətini təqdim etməklə DİM-ə (ünvan: Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28. Bakı Asiya Universitetinin binası) şəxsən müraciət edə bilərlər.
Bəzi ixtisaslara müsabiqə “Rezidentura üzrə ixtisas seçimi cədvəli”nə (bax: “Rezidentura” jurnalı, №3, 2017, səh. 4) müvafiq olaraq istiqamətlər üzrə birgə aparılır.
2017/2018-ci tədris ilində rezidenturaya qəbul olmuş, o cümlədən qeydiyyatdan keçməmiş namizədlərin ixtisas seçməsinə icazə verilmir.
Digər ixtisaslar üzrə plan yerləri tam dolub.
Ətraflı məlumatı DİM-in rəsmi saytından əldə etmək olar.