CƏMİYYƏT


Rezidenturaya qəbul imtahanlarında iştirak edən və müsabiqə şərtini ödəyən namizədlərin nəzərinə

A+ A

Bakı, 18 avqust, AZƏRTAC

2016/2017-ci tədris ili üçün rezidentura səviyyəsi üzrə boş qalan plan yerlərinə ərizə qəbulu elan edilir. Həmin yerlərin siyahısı Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) saytında yerləşdirilib (http://www.tqdk.gov.az/news/residency/2544/).

TQDK-dan AZƏRTAC-a bildiriblər ki, müsabiqədə iştirak etmək istəyən namizədlər avqustun 19-dan 22-dək saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiqləyən sənədin əslini və surətini təqdim etməklə TQDK-ya (ünvan: Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28. Bakı Asiya Universitetinin binası) şəxsən müraciət edə bilərlər.

Ətraflı məlumatı TQDK-nın saytından əldə etmək olar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.