ELM VƏ TƏHSİL


Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 14-də başa çatacaq

Bakı, 13 iyul, AZƏRTAC

Rezidenturaya qəbul olmaq üçün ixtisas seçimi iyulun 14-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən AZƏRTAC-a bildiriblər ki, müsabiqə şərtini ödəyən namizədlər bu müddət ərzində elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili üzrə uyğun (bitirdiyi fakültəyə müvafiq olan) ixtisasları “Rezidentura” jurnalının üçüncü nömrəsində dərc edilmiş “Rezidenturaya qəbul aparılan ixtisaslar” bölümündən (səh. 5-7) seçib təsdiqləməlidirlər.

İyulun 13-ü saat 17:45-ə olan məlumata əsasən, ixtisas seçimi etmək hüququ olan 510 nəfərdən 331-i seçim edərək ərizəsini təsdiqləyib.

Qeyd olunan tarixədək elektron ixtisas seçimi ərizələrini təsdiq etməyənlər müsabiqəyə buraxılmayacaqlar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.