ELM VƏ TƏHSİL
Rezidenturaya qəbul üçün namizədlərin ixtisas seçimi başlanıb
Bakı, 1 avqust, AZƏRTAC
Rezidenturaya qəbul üçün ixtisas seçimi avqustun 1-dən 7-dək aparılacaq.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından (TQDK) AZƏRTAC-a bildiriblər ki, müsabiqə şərtini ödəyən namizədlər müəyyənləşdirilmiş müddətdə elektron ərizələrinə daxil olaraq baza ali tibb təhsili istiqamətinə (bitirdiyi fakültəyə müvafiq olan) uyğun ixtisasları seçib təsdiqləməlidirlər.
“Rezidentura” jurnalının üçüncü nömrəsində “Namizədin elektron ərizəsi”ndə ixtisasların seçimi və təsdiqi üçün təlimat, “Namizədin elektron ərizəsi”ndə ixtisas seçimi formasının nümunəsi, rezidenturaya qəbul aparılan ixtisaslar və onların plan yerləri dərc edilib.
Bu nömrədə, həmçinin 2015-ci ildә rezidenturaya qәbul müsabiqәsindә klinik bazaların ixtisasları üzrә formalaşmış keçid balları, qəbul planının müqayisəli təhlili və namizədlər üçün tövsiyələr də təqdim olunub.