İDMAN
Riçard Almeyda: “İnter” ilə oyunda da əlimizdən gələni edəcəyik
Bakı, 28 noyabr, AZƏRTAC
“Sent-Etyen” ilə oyunda əsas hədəf məğlub olmamaq idi. Oyunda komanda olaraq əlimizdən gələni etdik. Qazandığımız 1 xal bizim üçün çox önəmlidir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ağdamın “Qarabağ” futbol klubunun yarımmüdafiəçisi Riçard Almeyda Avropa Liqasının qrup mərhələsinin beşinci turunda Fransanın “Sent-Etyen” komandası ilə 1:1-lik heç-heçəni şərh edərkən deyib.
Qarşılaşmanı qrupun ən çətin görüşü adlandıran R.Almeyda bildirib ki, rəqib futbolçular uzun ötürmələrlə oynamağa çalışırdılar. Lakin biz bunun qarşısını lazımınca aldıq. Qol buraxmaq istəmədiyimiz üçün arxaya çəkilmişdik. Bir neçə dəfə rəqibin qapısına yaxınlaşmağa, qapıçılarının irəli çıxmasından istifadə etməyə çalışdıq.İstədiyimiz xalı əldə etdik. Artıq Bakıya qayıdıb “Simurq” ilə görüş barədə fikirləşəcəyik.
Son turda İtaliyanın “İnter” komandası ilə qarşılaşmadan danışan R.Almeyda növbəti mərhələyə yüksəlmək şansları bu görüşdən asılı olduğu üçün bütün güclərini səfərbər edəcəklərini diqqətə çatdırıb. “Biz “İnter” ilə oyunda da əlimizdən gələni edəcəyik. Lazımi nəticəni qazanıb növbəti mərhələyə keçmək istəyirik. “İnter” kimi böyük komanda üzərində qələbə qazanmaq çətindir, amma qeyri-mümkün deyil.